Qadın qızları ilə birgə itkin düşdü - NEFTÇALADA
Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.
1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər. (report)

LEGİON.AZ