Dəfnə yarpağının İNANILMAZ FAYDASI: oynaq ağrıları, miqren, öskürək, artıq çəki və...
Dəfnə yarpaqlarını müxtəlif xəstəliklərin müalicəsində uğurla tətbiq edirlər!
Publika.az xəbər verir ki, onu sistit, ayaq əzələlərinin qıcolmaları, baş ağrıları və miqren, oynaqlarda və beldə ağrıları, stress, dəri xəstəlikləri, o cümlədən iltihab, əzələ ağrıları, sidik borusunun iltihabı, qarın köpü, qaz, yuxuda xorultu və apne, qulaq xəstəliklərinin müalicəsində istifadə edə bilərsiniz.
Məlumdur ki, bu bitkinin yarpaqları qaraciyərin və həzm orqanlarının işinin yaxşılaşdırılması üçün də təbii vasitədir. Həmçinin bəlğəmgətirici xassələri sayəsində tənəffüs yollarının təmizlənməsi, bronxit və öskürək üçün ideal vasitədir. Bundan başqa, dəfnə yarpaqları qan dövranını yaxşılaşdırır, sidikqovucu, antirevmatizm və antivirus vasitə sayılır.
Dəfnə yarpağı ilə müalicə üsulu belə tətbiq edilir:

Aromaterapiya: Dəfnə yarpaqlarının dərin və intensiv qoxusunu havanın təmizlənməsi və həşaratları yox etmək üçün evdə istifadə etmək olar.
Bu bitki beyni sakitləşdirir, narahatlıq, depressiya və qorxu kimi mürəkkəb emosiyaları aradan qaldırmağa kömək edir.
Bundan əlavə, dəfnə yarpaqlarının yağı qan dövranını artırmağa kömək edir və orqanizmi enerji ilə təmin edir. Bu yağı limfatik axının stimullaşdırılmasında da tətbiq etmək olar. Sinir və əzələ müalicəsində də bu yağdan geniş tətbiq edilir.
Xorultu ilə mübarizə aparmaq üçün yatmazdan əvvəl sinənizə bir neçə damcı dəfnə yağı çəkin. O, rahatlaşdıran xüsusiyyətlərə malikdir, uşaqlarda panik-atak və qorxu ilə mübarizə aparmağa kömək edir.
Dəfnə yağının hazırlaması

İnqrediyentlər:

200 ml badam, zeytun və ya günəbaxan yağı
25 qram quru dəfnə yarpaqları
Hazırlanması:

Yarpaqları və yağı bankaya tökün. Yarpaqların tamamilə yağla örtülməsi vacibdir. Bankanı sərin, quru və qaranlıq yerdə bir ay saxlayın və onu vaxtaşırı çalxalamağa çalışın. Bir müddətdən sonra yağ tətbiq üçün hazırdır.
Dəfnə çayı da müalicəvi gücə malikdir. Məsələn, 3 dəfnə yarpağını 1 litr qaynar suda dəmləyin və 15 dəqiqə gözləyin. Yarpaqları süzüb için. 15 gün ərzində gündə 2-3 fincandan artıq istifadə etmək məsləhət görülmür.
Qeyd: Bu çaydan çox miqdarda istifadə yuxu və ya mədə qıcıqlanması yarada bilər. Hamilə və ya süd verən qadınlara da çay dəfnə yağı və çayı istifadə etmək olmaz.

LEGİON.AZ