Jurnalist Anar Asimoğlu bəyanat verdi
Jurnalist Anar Asimoğlu bir müddət əvvələcən fəaliyyət göstərən və rəhbəri olduğu saytın adı ilə bağlı mətbuata müraciət edərək bəyanat yayıb.

Həmin bəyanatda bildirilir: “Son vaxtlar 365info.az saytı ilə 365info.org saytı səhv salındığına görə bir çox təşkilatlar zəng edərək məni narahat edirlər.

Məlumat üçün bildirmək istəyirəm ki, mən 2016-cı ildə 365info.az saytını təsis etmişəm və saytım iki il fəaliyyət göstərib. Bu ayın 14 -dən isə saytım fəaliyyətini dayandırıb.

Bir daha bəyan edirəm ki, 365info.org saytının mənə və yaxud da mənim təsis etdiyim 365info.az saytına heç bir aidiyyəti yoxdur”.

Anar Asimoğlu 365info.az saytının bağlanmasının səbəbinin maliyyə məsələsi ilə əlaqədar olduğunu bildirib.

Legion.az saytının apardığı araşdırmalara görə 365info.org saytının 2014 -ci ildən fəaliyyət göstərdiyi məlum olub.

Qeyd edək ki, saytın “Bizimlə əlaqə” bölməsində saytın e-mail adresi göstərilib. 

LEGİON.AZ