AST Telmana qohum olan general 'vuruldu' - Biznesmen deputatın qardaşı idi
Dövlət Gömrük Xidmətinin sədri Səfər Mehdiyev daha bir generalı tutduğu vəzifədən azad edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev vəzifəsindən azad olunaraq sərəncama götürülüb. B. Salayevin yerinə Məsum Rəsulov təyin edilib.

Qeyd edək ki, M. Rəsulov bundan əvvəl Əməliyyat idarəsinin rəisi vəzifəsində işləyib.

Unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunan B. Salayev Milli Məclisin deputatı Hacı Salayevin qardaşıdır.

Ölkə mediasında yazılan məlumata görə, H.Salayev AST Telman kimi tanınan milyarder Telman İsmayılovla qohumdur. Parlamentin biznesmen deputatlarından biri kimi tanınan H.Salayev 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən millət vəkili seçilib.

Deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan «Lake Palace Hotel»i təşkil edir.

LEGİON.AZ