Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
Bakıda 30 nömrəli avtobusdan BiG.AZ-ın redaksiyasına şikayət daxil olub.

Sərnişinlərin sözlərinə görə, avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Belə ki yol boyu telefonla danışan sürücü bu azmış kimi avtobusu sürətlə idarə edib.


Videodan göründüyü kimi, avtobusa yerləşdirilən təhlükəsizlik kamerası yuxarı qaldırılıb. Belə olan təqdirdə isə kamera heç nəyi görüntüyə ala bilmir.


Sözügedən videonu təqdim edirik:

LEGİON.AZ