"Narıncı Mebel" MMC vətəndaşın pulunu aldı özünü də elə aldatdı ki... - Müştəridən ŞOK ŞİKAYƏT
"Narıncı Mebel" MMC-dən sikayət daxil olub. 

BiG.AZ faktor.az-a istinadən xəbər verir ki, Abdulova Elnarə Mirzə qızı adıçəkilən şirkət haqqında internet vasitəsi ilə məlumat alıb. Daha sonra Bakı şəhəri, M.Hadi küçəsi 136 ünvanında yerləşən “Mebel” MMC direktoru Kişibəyova Ülkər Vaqif qızının işlədiyi yerə gedib. Tanışlıq və söhbət əsnasında razılaşma olub və elə həmin gün Ülkər və onun işçisi Rəvanla birlikdə Elnarə xanımın yaşadığı ünvana gəlib evə baxış keçirilib. Mebellərin yerləşməsi üçün ölçülər götürülüb və sifariş verilib. 

Həmin günün axsamı da müqavilə bağlanıb və 1200 manat ödəniş olunub. Ülkər xanım pulu aldıqdan sonra müştəri Elnarə xanıma söz verib ki, mebelləri 20 gün ərzində çatdırılacaq. 

Ancaq 1 aydan da çox müddət keçdikdən sonra mebellərin hələ də təhvil verilməməsindən narazı qalan Elnarə xanım rəhbərliklə əlaqə saxlasa da müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışıblar. 

Vəziyyətin uzandığını görən müştəri Ülkər xanıma polisə müraciət edəcəyini sözlədikdə isə bu cavabı alıb:

"Mən sizin kimlərini çox görmüşəm, mənəhədə-qorxu gəlməyin, mən heç kəsdən qorxmuram, heç bir qanun tanımıram, bura Azərbaycandır".

Çarəsiz qalan "Azad İstehlakçılar" İctimai Birliyinə mürəciət ünvanlayaraq pulunun geri alması üçün pna kömək etmələrini istəyib və əhalini ehtiyyatlı olağa. bu mebel şirkətinə aldanmamağa çağırıb. 

Mövzu ilə əlaqədar adıçəkilən mebel şirkəti ilə əlaqə saxladıq və bizə müdiriyyətin yerində olmadığını söylədilər. Bizə verilən nömrəyə zəng vurduğumuzda isə "Yığdığınız nömrə təyin edilməyib" cavabını aldıq.

LEGİON.AZ