"Azərişıq"dan növbəti şikayət- Bu dəfə Biləsuvardan...

Biləsuvar rayon sakini Əlizadə Məmiyev saytımızın elektron poçtuna "Azərişıq" ASC-nin yerli şöbəsi ilə bağlı şikayət məktubu göndərib.

Faktinfo.az xəbər verir ki,şikayətçi rayon mərkəzində, o cümlədən, kənd və qəsəbələrdə  elektrik xətlərinin bərbad vəziyyətindən bəhs edir.

Onun yazdığına görə, rayon ərazisindəki transformatorlar,ayırıcılar və digər elektrik qurğuları sovet dönəmindən qalıb və  istismar müddəti çoxdan başa çatıb. Elektrik avadanlıqları demək olar ki,tam yararsız vəziyyətə düşüb. Amma, "Azərişıq" ASC-nin Biləsuvar yerli şöbəsi tərəfindən paytaxtdan rayona gələn səlahiyyətli nümayəndələrə  nümayiş etdirmək üçün bir-iki  təzə transformator quraşdırıb,həmçinin   "Azərişıq"ASC-nin  Biləsuvar rayon şöbəsinə saraya bənzər inzibati bina tikilib.Bunların isə  sadə vətəndaşlara elə də bir faydası yoxdu.

"Azərişıq" ASC-nin rəhbərliyi istəyirsə ki,elektrik enerjisi abonentlərə fasiləsiz verilsin,onda ilk nöbədə elektrik dirəkləri və naqillər yeniləri ilə əvəzlənməsinə nail olmalıdır.Təəssüf ki,bu istiqamətdə ciddi iş görülmür,yalnız abonentlərdən yığılan pulları silmək üçün vaxtaşırı xırda-para kosmetik dəyşirikliklər həyata keçirilir.Bu da xalqın gözünə "kül üfürmək"dən başqa bir şey deyil.

LEGİON.AZ