Paşinyandan Sarkisyana növbəti zərbə - Hamısı QOVULDU
Ermənistanın baş naziri Nikol Paşinyan yüksək postları sabiq baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrindən təmizləməkdə davam edir.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında ölkənin bütün qubernatorların istefaları qəbul edilib.
Məlumata görə, 8 vilayətə yeni təyinat barədə qərar verilib, 2 vilayətə isə qubernator təyinatı daha sonra olacaq.
Hikol Paşinyan daha əvvəl bildirib ki, bütün qubernatorları əvəz etmək lazımdır.
Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyanı Silahlı Qüvvələrı, kəşfiyyat və təhlükəsizlik orqanları, həmçinin strateji əhəmiyyətli siyasi dairələrin rəhbərliyində təmizləmələr aparıb.

LEGİON.AZ