Daha bir icra başçısı vəzifədən çıxarıldı
Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov işdən çıxarılıb.
Modern.az 
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ramiz Yediyarov icra başçısı təyin olunmazdan əvvəl - 11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında xidmət edib. 

Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib. O, keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilirdi. Son vaxtlar rayondan onun barəsində çoxsaylı şikayətlər mətbuatda dərc olunurdu. 

LEGİON.AZ