Tovuzda üç yaşlı oğlan zəhərlənib öldü
Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.
Rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.
Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. (apa)

LEGİON.AZ