“Maşın” şouda qalmaqal – İştirakçı əlini maşından götürdü, amma oyuna davam edir – VİDEOFAKT
“Maşın” şouda iştirakçılardan biri əlini maşının üzərindən çəkib.
Minval.info xəbər verir ki, aparıcı Firuzə Cəlilova şou zamanı bilmədən oyunun qaydalarını pozub.
O, səhvən hər iki əlini uğrunda mübarizə apardıqları avtomobilin üstündən çəkib. Lakin onun bu hərəkəti gözdən qaçıb.
Belə olan halda şounun qaydalarına əsasən, iştirakçı oyunu yarımçıq tərk etməlidir.
Qeyd edək ki, bundan öncə meyxanaçı Ələkbər Yasamallı eyni səhvə yol vermişdi. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayıldıqdan sonra Murad Dadoşov bu kadrları efirdə nümayiş etdirib və iştirakçını oyundan uzaqlaşdırıb.

LEGİON.AZ