Ölkə cəhənnəmə çevrildi: dəhşətə gətirən GÖRÜNTÜLƏR - FOTOLAR
İyunun 3-də Fueqo vulkanının püskürdüyü Qvatemaladan dəhşətli görüntülər gəlməkdə davam edir.
Qeyd edək ki, vulkan püskürməsi nəticəsində ölənlərin sayı 69-a çatıb. Səlahiyyətlilər vulkandakı partlayışlardan 1,7 milyon insanın zərər çəkdiyini bildiriblər.
Milli Ədliyyə Elmləri İnstitutunun direktoru Fanuel Garsiyanın sözlərinə görə, indiyədək tapılan 69 cəsəddən 17-nin kimliyini müəyyən etmək olub.
“Cəsədləri tanımaq bizim üçün çox çətindir, çünki bəzilərində üzlər, bəzilərində isə barmaq izləri yoxdur. Cəsədlərinin kimliyinin müəyyənləşdirilməsi üçün digər üsullardan istifadə etmək lazımdır. Məsələn, cəsədlərdən DNT nümunələri alacağıq”, - o deyib.
Publika.az xarici mediaya istinadən həmin görüntüləri təqdim edir:

LEGİON.AZ