İbrahim saçını fenlə qurutmaq istədi, faciə ilə üzləşdi - VİDEO+FOTOLAR
Türkiyədə İbrahim Akdemir adlı şəxsin evin hamamında feni işə salması ağır partlayışla nəticələnib.

BiG.AZ
 Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Eskişəhərdə baş verib. Qaz sızması nəticəsində partlayış olub və İbrahim ağır yaralanıb. Hazırda xəstəxanada müalicə alan Akdemirin yaxınları bildirib ki, evə yaxın məsafədə yerləşən təbii qaz borusu kanalizasiya borusuyla yan-yana qoyulub. Buna görə də sızan qaz kanalizasiyadan evin tualet və duşuna qədər gələrək burada yığılıb. Hamamda feni işə salan zaman toplanmış qaz partlayışa səbəb olub. 

Qeyd edək ki, Eskişəhərin FHN və təbii qaz paylama şirkəti səlahiyyətliləri, hadisə ilə əlaqədar araşdırma və istintaqa başlayıblar.

LEGİON.AZ