Universitet müəlliməsi oğlunu "dəlixanaya saldırdı"– Bakıda dəhşətli olay +FOTO
Femida.az -a Bakı şəhər sakini Nəcəfov Zaur Ənvər oğlu tərəfindən müraciət daxil olub.Paytaxt sakininin iddialarına görə, yaşadığı binanın komendantı ilə mübahisə etdiyi üçün anası onu “dəlixana”ya saldırıb.

Zaur Nəcəfovun bildirdiyinə görə, hər şey 2018-ci ilin 7 aprel tarixdə baş verən bir hadisəylə başlayıb.


“Aprelin 7-də Yasamal rayonu, Ə.B.Haqverdiyev küçəsi 48 ünvanında yerləşən binanın komendantı Mantaşov Mübarizdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim.Səbəbsə, komendantın bizdən komunnal xərclər üçün yığdığı pulların çekini verməməsi idi.Bu hadisədən sonra komendantın mənimlə problemi yarandı.Anama zəng vurub dedi ki, oğlunu yığışdır, yoxsa, pis olacaq.Bu hadisədən sonra anam mənimlə münasibətlərini pisləşdirdi.Məni qorxutdu ki, bir də belə hərəkət etsəm, dəlixanaya aparacaq məni.”


Şikayətçi Zaur Nəcəfovun bildirdiynə görə,anası Sevinc Nəcəfova Azərbaycan Texniki Universitetində Riyaziyyat müəlliməsi işləyir.


“Anam özü universitetdə işləyir. Məni tez-tez əsəb dispanserinə saldırmaqla hədələyir.Aprelin 12-də yenidən 102 xidmətinə zəng edib, şikayət etdim.Məni Yasamal rayonu 28-ci polis bölməsinə dəvət etdilər.Bölmədə söhbət zamanı mənə bildirdilər ki, sənin ananla problemin varsa, məhkəməyə müraciət et.Biz bu işə baxmırıq.Amma bununla razılaşmadım.Bir daha polisə müraciət etdim ki, məni əsəb dispanserinə saldırmaqla qorxudurlar.Bu müraciətdən sonra həmin bölmənin sahə üzrə müvəkkili İlkin Nəsrullayevin yanına getdim. ”


Zaur Nəcəfovun iddiasına görə, sahə müvəkkili onun xəbəri olmadan yalan məlumat verməklə xəstəxana adı ilə kliniki psixiatriya xəstəxanasına aparıblar.


“İlkin Nəsrullayev mənə bildirdi ki, həkimdən sağlamlıq haqqında arayış almalıyam.Həmin arayışı aldıqdan sonra məni dəlixanaya saldırmaqla bağlı qorxuza bilməzlər.Onun yanında olduğum vaxt əraziyə həkim briqadası çağırıldı.Anam da həkimlərlə birlikdə gəlmişdi. Mayın 2-də məni analiz vermək adı ilə 2 saylı kliniki psixiatriya xəstəxanasına apardılar. Anam məni zorla ora yerləşdirdi. Xəstəxanada bildirdim ki, mənim heç bir psixoloji problemim yoxdur, niyə məni bura salırsınız? Xəstəxanın əməkdaşları bildirdi ki, onlara polis tərəfindən müraciət olub.Ona görə də 20 gün müddətində burada qalmalısan.20 gün orada qaldıqdan sonra məni evə buraxdılar. Buna baxmayaraq anam məni rahat buraxmır.Deyir, bir daha komendantdan şikayət etsən, səni "dəlixana"ya saldıracam.”


Zaur Nəcəfovun bildirdiyinə görə, bütün bunların arxasında onun mülkiyyət hüququnun əlindən alınması məqsədi dayanır.


“Bizim yaşadığımız hazırki, evdə mənim də payım var. Anam bütün bunları edir ki, mənim pay sahibi olan hissəmi əlimdən alsın.”


Zaur Nəcəfov onun psixoloji problemlərinin olması iddiasına da aydınlıq gətirib. Bildirib ki, özü Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.Müxtəlif sahələrdə çalışıb.


“Mənim psixoloji problemlərim olsaydı, universiteti bitirə bilərdimmi? Özüm müxtəlif işlərdə çalışmışam.Anam mən 10-cu sinifdə oxuyanda hərbi xidmətə getməyim deyə ilk dəfə xəstəxanaya yatırtdı. O vaxtdan sonra mənim üzərimə psixoloji xəstə damğası vuruldu.İndi hüquqlarımın pozulmasının qarşısını almaq və mənə qarşı olan təhdidlərin qarşısını almaq üçün məhkəməyə müraciət edəcəm.”


Femida.az Zaur Nəcəfovun iddiası ilə bağlı anası Sevinc Nəcəfova ilə əlaqə saxlayıb. O, baş verənlərdə oğlunun günahkar olduğunu və oğlunun psixoloji problemlərdən əziyyət çəkdiyini bildirib.


“Siz mənim nə çəkdiyimi bilmirsiniz. O, uşaqlıqdan xəstədir. Bütün günü hüquq kitablarını oxuyub camaatı məhkəməyə verir. Onun əlindən qonşularla düşmən olduq.Məcbur olub köhnə evimizi satıb yerimizi dəyişdik. İndi də burada qonşularla, binanın komendantı ilə, dükanın satıcıları ilə yola getmir. Bütün günü evdə məni döyür, dava edir. Bu adam xəstədir.Dəfələrlə ruhi əsəb dispanserində müalicə alıb.Heç yerdə işləmək də istəmir.İşi-gücü camaatı məhkəməyə verməkdir. 2010-cu ildə Abel Məhhərrəmovu da məhkəməyə vermişdi. Bu hadisə mənə böyük problem yaşatdı.İndi də qonşulardan, komendantdan əl çəkmir.”

LEGİON.AZ