Xəstəxanada yeni doğulan körpəni anasına vermədilər – Qəribə səbəb
Həştərxan şəhərində yaşayan 33 yaşlı Alina Vladimirovanın başına qəribə iş gəlib.

O körpəsini evdə dünyaya gətirib. Uşağı doğduqdan sonra tənha ana körpəsini qucağına alıb, pulu olmadığın görə avtobusla xəstəxanaya gedib.

Şəhər xəstəxanasında isə uşağı dünyaya gətirdiyinə görə heç bir sənədi olmamasını əsas gətirərək qadına körpəni vermək istəməyiblər.

Baş həkim körpənin oğurlanmış ola biləcəyini söyləyib. Alina DNT analizi verib analığını sübut etsə də, məsələ məhkəməylə həll olunub və yalnız bir ay sonra körpəsini geri ala bilib.(bizimyol)

LEGİON.AZ