Gözlərini itirən uşağın atasının qollarında fəryadı ürək parçaladı - VİDEO
Suriyada ürəkdağlayan növbəti acı hadisə baş verib.

BiG.AZ
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada hava hücumu və əməliyyatdan sonra uşaq ağır yaralanıb. Əllərindən yaralanan uşaq, həmçinin, gözlərini də itirib. O atasının qucağında "Görmürəm" deyə fəryad edib. Uzun müddət övladını sakitləşdirə bilməyən atanın bu halı görənləri gözyaşlarına boğub. 

Qeyd edək ki, dəfələrlə Əsəd ordusunun dinc sakinlərin yaşadığı əraziləri bombalaması barədə məlumatlar yayılıb. Sonradan isə yayılan məlumatlar təkzib edilib, bildirlib ki, görüntülər "Ağ dəbilqəlilər" təşkilatının üzvləri tərəfindən səhnələşdirilir.

LEGİON.AZ