"Maşın şou" sosial şəbəkələrdə belə lağa qoyuldu – FOTO
Son günlər geniş müzakirələrə səbəb olan “Maşın şou” realiti şousu sosial istifadəçilər tərəfindən xeyli tənqidlə qarşılanır. 

Mövzu ilə bağlı karikaturaçı Gecə Ağeyevin hazırladığı rəsm geniş şəkildə paylaşılıb. Karikaturada şou iştirakçıları heyvan obrazında təsvir olunub. Digər tərəfdən, parkinqdə şou iştirakçılarının bahalı maşınlarının dayandığını göstərən karikaturaçı onların verilişdə oynanılan avtomobilə ehtiyacı olmadığını, reklam olunmaq üçün qatıldığını göstərir. Rəsmə şərh yazan istifadəçilər bənzətmənin dəqiq olduğunu vurğulayaraq növbəti dəfə şounu tənqid hədəfin tutublar.


Son vaxtlar günün aktual mövzularına uyğun karikaturalarla gündəmə gələn Gecə Ağeyevin bu rəsmində “Maşın şou” aparıcısı Murad Dadaşovun üzərində xeyli sayda reklam yarlıqlarının olduğu görsənir ki, bu da onun külli miqdarda reklam pulları cəlb etdiyinə eyham vurur.

LEGİON.AZ