Avropada növbəti rəzalət — Evli cütlüklər üçün “seks oteli” açılır
Belçikada evli cütlüklər üçün “seks oteli” açılır.

“Ölkə.Az” xəbər verir ki, otelin məqsədi cütlükləri hər növ ev işi qayğısından uzaqlaşdırmaq və onların rahat vaxt keçirmələrini təmin etməkdir.
Hökumət turizmdə yeniliklərə şans vermək məqsədi ilə layihəni maliyyələşdirir. Qərbi Flamand vilayətindəki Şore kəndində inşa edilən 10 otaqlı otel 2 həftədən sonra xidmətə başlayacaq.
“Domaine 10” adlı otelin məqsədi evli cütlüklərə “Bozun 50 çaları” filmini yaşatmaqdır.
10 otaqlı otelə gələn müştərilər giriş və çıxışda heç bir işçi ilə qarşılaşmayacaqlar. Girişdəki sensorlu ekranda qeydiyyatdan keçəcəklər.
Otaqda isə cütlükləri odun sobasının çırtıltısı qarşılayacaq. Yataqlar İrandan, çilçıraqlar İngiltərədən gətirilib. Otaqların tavanına ayna və striptiz dirəyi quraşdırılıb.
Müştərilərin sifarişi gizli şəkildə qapının ağzına qoyulur.
Bir gecəlik qiymət 130 avrodur. Hökumət otelə 20 min avro yardım edib.

LEGİON.AZ