O qızı tapın — Bakı polisi şortikli qızı axtarır
Bakı Metropoliteninin polisi şortiki ilə son günlər sosial şəbəkədə müzakirə mövzusuna çevrilən qızı axtarır.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Media.az saytına hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə qırmızı qısa şort geyinən qızın digər sərnişinlərlə mübahisəsini əks etdirən video görüntülər yayılıb. Sərnişinlər qıza irad tutsalar da, qız onlara cavab qaytarıb. 
Metropoliten polisi isə xuliqanlığı araşdırmaq üçün qızı axtarır. Amma məsələ o qədər də asan deyil. Çünki polis hadisənin dəqiq nə zaman baş verdiyini bilmir. Bunu aydınlaşdırmaq üçün isə metrodakı müşahidə kameralarındakı görüntüləri izləmək lazımdır.

LEGİON.AZ