15 yaşlı qıza təcavüz etdilər - SONRA TELEFONA ÇƏKDİLƏR
Türkiyənin Adana şəhərində 15 yaşlı qız A.D-nı silahla qorxudaraq motosikletinə mindirib apardıqları yerdə təcavüz etdikləri iddia olunan 3 nəfər saxlanılıb.

"Legion" unikal.org-a istinadən xəbər verir ki, saxlanılanlar dindirilmə zamanı təcavüz iddiasını qəbul etməyib, qızın razılığı ilə münasibət qurduqlarını deyiblər. Yoxlanma zamanı 3 nəfərdən birinin telefonundan hadisənin videosu aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, gözəllik salonunda işləyən qohumunun yanına gedən 15 yaşlı qıza motosikletlə yaxınlaşan 24 yaşlı Mahmud D. ilə Celil K. onun yolunu kəsib. 3 oğlan qıza tapança ilə qorxudaraq, özləri ilə aparıb kimsəsiz yerdə təcavüz ediblər. Daha sonra onlar dostu 17 yaşlı O.T-ya zəng edərək olduqları məkana çağırıblar. Saxlanılan şəxslərdən biri mobil telefonu ilə hadisəni çəkməyə başlayıb. Sonra onlar hadisə yerindən qaçaraq uzaqlaşıblar. Huşunu itirən qız ayılandan sonra evə gedərək hadisəni ailə üzvlərinə danışıb. Qızın ailəsi hadisə ilə bağlı polisə şikayət edib. Saxlanılan şəxslər isə təkidlə hadisəni qızın istəyi ilə törətdiklərini bildiriblər.

"Legion"