Əlinizdəki bu nöqtələrə basdıqdan sonra inanılmaz duyğu hiss edəcəksiniz!
Ovuc içində müəyyən nöqtələr var ki, onlar qeyri-ixtiyari olaraq orqanlarımızla birbaşa bağlıdır. Bu baxımdan həmin nöqtələrə masaj müvafiq orqanların işinə təsir göstərir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu qədim texnika akupunkturaya bənzəyir. Ovcunuzda olan müxtəlif nöqtələrin hansı orqanlarla əlaqəli olduğunu öyrənməklə onların sağlamlığını yaxşılaşdıra bilərsiniz!
Bunun üçün 5 dəqiqə ərzində lazımi nöqtəyə basmaq, eyni zamanda rahat nəfəs almaq kifayətdir.
1. Böyük barmaq

Bu nöqtəyə basmaqla qalxanabənzər vəzinin funksiyasını yaxşılaşdıra, həmçinin öskürək və nəfəs problemlərini həll edə bilərsiniz.
2. Böyük barmaq ucu

Bu nöqtə depressiyanı, həyəcan və stressi aradan qaldırmağa qadirdir. Bundan başqa, böyük barmaq ucuna nöqtəvi masaj mədə, mədəaltı vəzi və başağrılarını sağaldır.
3. Şəhadət barmağı

Əgər böyrək və sidik kisəsi kimi xəstəliyiniz varsa, bu nöqtəyə təsir etmək tövsiyə olunur. Bu üsulla bel və əzələ ağrılarını, mədə qıcqırması və diş ağrısını da azaltmaq mümkündür. Həyəcandan və psixi gərginlikdən qurtulmaq olar.
4. Orta barmaq

Bu nöqtə qaraciyər və öd kisəsinin fəaliyyətinin tənzimləməsində kömək edə bilər. Əgər özünüzü aciz və əsəbi hiss edirsinizsə, bu nöqtəni basmaqla əhval-ruhiyyənizi yaxşılaşdıra bilərsiniz.
Nöqtəvi masaj görmə itiliyi və qan dövranının yaxşılaşdırılması üçün faydalıdır, o miqreni və aybaşı ağrılarını da yüngülləşdirə bilər.
5. Adsız barmaq

Bu nöqtə ağciyər və yoğun bağırsağın funksiyasını stimullaşdırır, dəri xəstəlikləri zamanı vəziyyəti yaxşılaşdırır.
6. Çeçələ barmaq

Bu nöqtəyə masaj ürək fəaliyyətinə, nazik bağırsaq problemlərinə, boğaz ağrılarına müsbət təsir edir. Xüsusilə təşviş, narahatlıq və inamsızlıq hiss etdiyiniz zaman çeçələ barmağa masaj etmək tövsiyə olunur.
7. Ovcun ən aşağı nöqtəsi

Bu nöqtə qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edə bilər.
8. Əlin mərkəzi

Əlin mərkəzində yerləşən bu nöqtəyə masaj həzm sisteminin işində pozuntuları aradan qaldırmağa kömək edir və qarın ağrılarını azaldır.
9. Ovcun ətli hissəsi

Bu nöqtə endokrin sistemi və ürək işindən məsuldur.

"Legion"