İyirmi dörd arvad saxladığına görə cəzalandırılıb - FOTO
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı çoxarvadlı Uinstoun Blekmorla bağlı qərar çıxarıb.

"Legion" 
 "Oxu.Az"a istinadla xəbər verir ki, o, həbs cəzasından canını qurtara bilib.

2017-ci ilin iyulunda həmin şəxs 24 arvad saxlamaqda, onun kürəkəni 53 yaşlı Ceyms Oleranı isə eyni anda 5 nəfərlə evlənməkdə ittiham olunub.


Blekmor 6 aylıq ev dustaqlığına məhkum edilib. O, bu müddətdə işləyə və həkimə müraciət edə bilər. Ceyms Olera da eyni cəza alıb. Blekmor 150 saatlıq, Olera isə 75 saatlıq ictimai işlərə cəlb olunacaq.


Məlumatlara görə, Blekmorun 149 uşağı var.

"Legion"