Tibb Universitetinin tələbələri etiraz aksiyası keçirir
Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyinin önündə aksiyası keçirir.

Open.az xəbər verir ki, tələbələr rezidenturaya qəbul üçün plan yerlərinin azaldılmasına etiraz edir.


Onlar bildirirlər ki, ötən il rezidenturaya ayrılan yerlərin sayı 504 idisə, bu il isə 332 yerə qədər azaldılıb.


Etirazçıların sözlərinə görə, yerlərin azaldılması xəbəri rezidenturaya qəbul imtahanının 1-ci turundan sonra verilib: "Bu il universiteti 1000 nəfərdən çox tələbə bitirir. Onlardan 700-ü isə rezidenturaya qəbul imtahanının 1-ci turundan keçib. Onlardan yalnız 332-si qəbul ola biləcək. Qalan şəxslər isə kənarda qalacaq”.

"Legion"