Su borusu partladı, Sarayı su basdı
Abşeronda su borusu partlayıb. Avtomobil yolu su altında qalıb.
"Report"un məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.
Qəsəbədə su borusunun sıradan çıxması nəticəsində Sumqayıta gedən yol tamamilə su altında qalıb. Hətta su o qədər çox olub ki, avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Əraziyə Azərsu ASC-nin Abşeron Su Kanal İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin qismən qarşısı alınıb.
Hazırda ərazidə təmir bərpa işləri həyata keçirilir. Avtomobillərin hərəkətində qismən çətinliklər mövcuddur.

“Legion”