“Kontakt Home” mağazalar şəbəkəsində qalmaqal — Soyuducu isti havaya dözmür
Ötən ilin may ayında “Kontakt Home” mağazalar şəbəkəsindən soyuducu alan qadın sözün əsl mənasında işə düşüb.

“Ölkə.Az”a müraciət ünvanlayan Qəhrəmanova Esmira Sadıq qızı ötən il may ayının 22-də “Kontak Home”a məxsus “Hoffmann DFB-168W” markalı soyuducunu 529 manata nağd qiymətə alıb, özüdə 3 illik zəmanətlə. Şirkət zəmanət verib ki, əgər bu müddətdə xarab olarsa, qısa müddət ərzində təmir edəcəyik. Şikayətçinin sözlərinə görə, soyuducu 1-ci dəfə  aldığı müddətdən 7 ay sonra xarab olub, daha doğrusu buzlamağa başlayıb. Evə gələn servis xidmətinin əməkdaşları aşkar ediblər ki, soyuducunun qazı qurtarıb. Yerindəcə soyuducunu təmir edib gediblər, ancaq 2 ay keçməyib ki, soyuducu yenidən xarab olub. Bu dəfə isə soyuducunun başqa problemi üzə çıxıb. Məlum olub ki, soyuducunun relesi xarab olub. Qadın bu dəfə də təmirlə razılaşıb. Ancaq soyuducunun ili təzəcə çıxar-çıxmaz, yəni bu ilin iyun ayında soyuducu yenidən xarab olub. Bu dəfə evə gələn servis xidmətinin əməkdaşları soyuducunu nə az, nə çox,  düz 14 gün müddətində təmir edəcəklərini söz veriblər və soyuducunu servis xidmətinə aparıblar. 
Artıq soyuducunun təmirindən  bezən Esmira xanım “Kontak Home” mağazalar şəbəkəsi ilə müqaviləni pozmaq qərarına gəlib. Şikayətçi bildirib ki, “ya soyuducunu təzələsinlər, ya da son variantda məhkəməyə üz tutacam. Bir ildə 3 dəfə xarab olan soyuducu mənə lazım deyil. Deyirlər ki, soyuducu isti havaya dözmür. Bu hələ zəmanət müddətində 3 dəfə xarab olubsa, 3 ildən sonra 2020-ci ilin may ayının 22-də, zəmanət müddəti bitəndən sonra tamam yarasız hala düşəcək. Bu qədər “Kontak Home” özünü reklam edincə satdığı malların keyfiyyətinə fikir versə daha yaxşı olar”. 
Qadının şikayəti ilə bağlı qarşı tərəfin mövqeyinidə öyrənmək istədik. Qaynar xətt olan *6060 nömrəsinə zəng elədik və jurnalist olduğumuzu bildirdik.
Telefona cavab verən operatorların münasibəti belə oldu, “rəhbərliyə məlumat vermişik, məşğuldular”. Dedik ki, xanım, imkan varsa bizi rəhbərliyinizlə, mətbuata məsul olan şəxslə və ya hüquqşünasınızla birləşdirin. Ancaq xanımlar eyni cavabı verməklə işlərini bitmiş hesab etdilər. Bu zənglərimizdən 2 saat keçməmiş servis xidməti Esmira xanıma zəng edərək soyuducunu təmir etdiklərini və mənzilə çatdırmaq istədiklərini bildiriblər. Şikyətçi isə ümumiyyətlə soyuducudan imtina etdiyini bildirərək yarıcan soyuducunu qəbul etməyib. Sual olunur: 14 günə təmir olunası soyuducu 2 saata necə təmir olundu?
Xatırladaq ki, bu “Kontak Home”un 1-ci fırıldağı deyil. “Kontak Home” bunu təkcə soyuducu satışı zamanı deyil, ümumiyyətlə bütün mallarını satan zaman belə fırıldaqlara əl atır. Zəmanət verdiyi məhsullar xarab olan zaman geri qaytarmır. Reklama pul ayırmaqla müştəriləri özünə cəlb edir sonda isə onların heç bir hüququnu qorumur. İnanaq ki, bu yazıdan sonra “Kontak Home” mağazalar şəbəkəsinin hər hansı rəsmisi məsələyə aydınlıq gətirər. İndi aydınlıq gətirməsə də yaxın zamanlarda məhkəmədə fırıldağına don geyindirməyə çalışacaq. Bizə isə nəticəni gözləmək qalır...

“Legion”