Qubadakı oteldə kanat qırıldı - ölən və yaralananlar var
Quba rayonunda bədbəxt hadisə baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, Qubadakı otellərdən birində  kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

“Legion”