"Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq - DEPUTAT
Bu gün Quba rayonundakı "Quba Palace Hotel”ə məxsus kanatda baş verən hadisə texniki nasazlıqdan baş verib. Bunu Modern.az-a açıqlamasında Qubadan olan deputat Vahid Əhmədov bildirib.
V.Əhmədov rayondan aldığı məlumata əsasən, bir nəfərin öldüyünü, iki nəfərin xəsarət aldığını deyib:
“Xəstəxanaya yerləşdirilənlərdən biri artıq evə buraxılıb. Aldığım məlumata görə hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır”.
Deputat ölüm faktına görə cinayət işinin açılacağını istisna etməyib.
Quba Rayon Prokurorluğundan Modern.az-a araşdırmalar getdiyi üçün əlavə məlumat verilməyəcəyi bildirilib.
Qeyd edək ki, "Quba Palace Hotel”in kanatının qırılması nəticəsində Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib. Həlak olan və yaralanan şəxslərin Rusiyaya məxsus "SCADA” şirkətinin əməkdaşları olduğu bildirilir.

“Legion”