Binəqədidə yaşayış binası yandı, sakinlər təxliyə edildi
Bakının Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.
Publika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

“Legion”