Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü
Şəkidə yaşlı kişi itkin düşüb.
Bu barədə Şəki rayon Polis Şöbəsinə rayonun Dərə-cənnət kənd sakini, 1982-ci il təvəllüdlü Şirinov Rəşad İsfəndiyar oğlu məlumat verib.
Onun sözlərinə görə, atası - 1940-cı il təvəllüdlü Şirinov İsfəndiyar Bayram oğlu iyulun 15-də yaşadığı Dərə-cənnət kəndindəki evindən Bakıya getmək adı ilə çıxıb və bir müddətdən sonra onunla əlaqə kəsilib.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırmalara başlanıb. (trend)

“Legion”