Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO
Qırğızıstanın şimali-şərqində yerləşən İssık-Kul gölü ətrafında əvənəvi ovçuluğun nümayişi zamanı qartal 10 yaşlı qıza hücum edib.
Publika.az xəbər verir ki, bu haqda “Kabar” informasiya agentliyi bildirib.
Azyaşlı insanlar qrupundan ayrılaraq qaçmağa başlayıb. Yırtıcı quş onun hərəkətlərinə hücumla reaksiya verib. Köməyə gələn insanlar hadisənin faciə ilə nəticələnməsinə imkan verməyiblər.
Qızı xəstəxanaya yerləşdirdilər. Həkimlər onun başı və sinəsində açıq yaraların olduğunu bildiriblər.

“Legion”