Cəlilabadda DƏHŞƏTLİ OLAY: iki qardaş...
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyulun 22-də saat 5 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub. Nəticədə T.Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilib. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

“Legion”