Ağdamın işğalı günü "Space TV"də TOY ABU-HAVASI - VİDEO
Dünən Ağdamın işğalından 25 il ötürdü. 

BiG.AZ
 xəbər verir ki, ötən gün aparıcı Mikayıl Güləddinoğlunun təqdim etdiyi "Sevimli mahnı" proqramında toy əhval-ruhiyyəsi, müğənnilərin toy mahnıları, auditoriyada oturan tamşaçıların əl çalması, ara bir yerlərindən qalxaraq oynaması diqqətdən qaçmayıb.

Ağdamın işğalı gün "Space TV"də toy abu-havasının canlandırılması insanlar tərəfindən olduqca sərt tənqid edilib.


Qeyd edək ki, Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olub.

“Legion”