İtkin düşən 3 yaşlı uşağın valideynləri həbs edildi - VİDEO
3 yaşlı Evrim Atışın itməsi ilə bağlı ana və ata günahkar bilinərək həbs edilmələri üçün növbətçi məhkəməyə göndəriliblər.

BiG.AZ
 xəbər verir ki, məhkəmənin qərarı ilə Evrim Atışın anası və atası Dilək-Burhan Atış tutulub. 

İyulun 10-da Tokatın Turhal bölgəsində yerləşən çadırlarının qarşısında qardaşı ilə oynayarkən yoxa çıxan 3 yaşlı Evrim Atışın axtarışları hələ də nəticəsizdir. Evrim Atışın yoxa çıxmasında şübhəli şəxs kimi onun valideynləri, nənəsi və əmisi həbs edilmişdi. Əmi Niyazi Atış və nənə Sati Atış dindirildikdən sonra azadlığa buraxılıblar. 

“Legion”