Hirkan Milli Parkında yanğın söndürüldü - YENİLƏNDİ
İyulun 27-də saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğının baş vermə səbəbi məlum deyil.
Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.
Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.
Yanğının səbəbləri araşdırılır.
***
Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

“Legion”