İstifadəçilərin sayı azaldı və... - “Tvitter” ŞOKDA
ABŞ-da alqı-satqı əməliyyatlarında “Tvitter” şirkətinin səhmlərinin qiyməti 21 faiz düşüb.
Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi bildirib.
Qeyd edilir ki, səhmlərin qiymətinin azalması ikinci rübdə istifadəçilərin sayının 1 milyon azalması fonunda baş verib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Feysbuk” şirkətinin səhmlərinin dəyəri 20 faiz azalıb. Nəticədə, şirkətin rəhbəri Mark Sukerberqin sərvəti 16,8 milyard dollar azalıb.

“Legion”