Georgi Marqvelaşvili qələbəsindən danışdı
Gürcüstanda keçirilən prezident seçkilərində böyük fərqlə rəqiblərini geridə qoyan Georgi Marqvelaşvili ona səs verən seçicilərə təşəkkür edib. 

ans press-in \"Novosti Qruziya\"ya istinadla verdiyi məlumata görə, prezidentliyə namizəd baş nazir Bidzina İvanişviliyə minnətdarlığını bildirib. 

Qələbəsini tərəfdarları ilə birlikdə qeyd edən Georgi Marqvelaşvili Gürcüstan xalqının azad seçim edərək prezidenti özü seçdiyini söyləyib: \"Ölkəsinə və vətəninə bağlı olduğunu göstərən siyasi komandaya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim üçün çox vacib, ciddi və nüfuzlu şəxs olan Bidzina İvanişviliyə minnətdaram. Onun sayəsində parlament və prezident seçkilərini qazandıq. Biz bütün dünyaya göstərdik ki, gürcü xalqı öz hökumətini özü seçir\".