Əvvəl öpdü, sonra öldürdü… – Video
Adanada keçmiş polis Talib Çelik (55), kafedə oturarkən yanına getdiyi qaynı İsmət Avcını (50) əvvəl əlini sıxıb yanaqlarından öpüb, sonra aralarında çıxan mübahisədə tapança ilə vuraraq öldürüb.

“Legion”
 bizimyol.info-ya istinadən xəbər verir ki, keçmiş polis Talib Çelik bir müddət əvvəl borc verdiyi qaynı İsmət Avcını axtarıb, pulunu istəyib. İddiaya görə mənfi cavab alan Çelik, Avcının kafedə olduğunu öyrənib, bu dəfə üz-üzə danışmaq üçün yanına gedib. Daha sonra isə mübahisə düşüb və Çelik tapança ilə Avcını öldürüb.

Hadisə zamanı kafedə olan insanlar qorxuya düşüb və sağa sola qaçıb. Çelik isə heç bir şey olmamış kimi kafedən ayrılıb.

“Legion”