8 nəfər hamilə keçini zorlayaraq öldürüb — Hindistanda biabırçılıq
Hindistanda 8 nəfər şəxs hamilə keçini zorlayaraq öldürüb.

“Ölkə.Az” xəbər verir ki, insident Haryana əyalətinin Mevat bölgəsində baş verib. Keçinin sahibi Aslup Xan məsələ ilə bağlı deyib:
“Uzaqdan keçinin acı mələməsini eşitdim. Pis bir şey olduğundan şübhələndim və ora getdim. Mən ora çatanda keçi keçinmişdi”.

Keçini öldürən qrupun saxlanıldığı bildirilir. İddia görə, keçinin sahibi hadisə yerinə çatanda 5 nəfər qaçıb, digər 3 nəfər isə onu sakitləşdirməyə çalışıb. Aslup Xan deyib:
“Bu qrup bir müddət əvvəl tövlədə qızıma sataşmaq istəmişdilər. Amma kəndlilər bunları tutub döydülər. 8 saat sonra geri qayıdıb keçimi qaçırtdılar”.

“Legion”