"Səs-küy edirsiniz, işimizə mane olmayın" deyən qadın mühafizəçini görün nə hala saldılar - VİDEO
Çankırı Dövlət Xəstəxanasında qadın mühafizəçisi xəstənin yaxınları tərəfindən döyülüb. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, mühafizəçinin döyülmə anı təhlükəsizlik kameralarına düşüb. 

Hadisə iyulun 30-da baş verib. Qadın mühafizəçi M.Ç xəstənin yaxınlarına "Səs-küy edirsiniz, bizim işləməyimizə mane olursunuz" deyib çölə çıxmaqlarını istəyib. Mübahisənin böyüməsi nəticəsində xəstə yaxınları qadın mühafizəçisinə hücum edib. Digər mühafizəçilər araya girərək tərəfləri sakitləşdirməyə çalışıb. Həmin anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. 

“Legion”