Heyvanları toplamağa gedən Həsəni ayı parçaladı - FOTO
Sinopda yaşlı kişi ayının hücumuna məruz qalıb. 

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayancik bölgəsinin Taş Dirək məhləsində yaşayan 66 yaşlı Həsən Kaya heyvanlarını toplamağa gedib. Ayının hücumuna məruz qalan yaşlı kişinin bədəninin parçalandığı və sümüklərinin qırıldığı bildirilir.

Hadisə yerinə gələn səlahiyyətli şəxslər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və ayının tutulamsı üçün tələ qurub. 

“Legion”