Uşaq yaş salfetdən istifadə etdi, ağzı bu hala düşdü - FOTO
Bu gün yaş salfetlər günlük həyatımızın bir hissəsinə çevrilib. Yemək yedikdən sonra əlimizi və üzümüzü yumaq əvəzinə yaşlı salfetlə silməyi üstün tuturuq. Bəs bu yaş salfetlər sağlamlığa nə dərəcədə ziyanlıdır? 

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Connectict Tibb Universitetində dermotoloq Mary Wu Chang üzündə ciddi yaralar yaranan 8 yaşlı qızın müalicəsi zamanı yaş salfetlərin zərərini araşdırıb. 

Onun araşdırmaları nəticəsində salfetdən istifadə edən bir çox uşaqda allergiyanın yarandığı ortaya çıxıb. 

Digər dermotoloq Ellen Frankel bildirib ki, yaş salfet alınan zaman içindəki maddələrə mütləq baxılmaldır. Çünki 'methylisothiazolinone' maddəsi ətirlə doludur. Ətirlərin xam maddəsində neftin olması bir çox dəri və göz xəstəliklərinə səbəb olur. Aparılan araşdırmalar zamanı bəlli olub ki, yaş salfetlərə görə bu gün bir çox uşaqlar astma xəstəliyindən əziyyət çəkir. 

“Legion”