Son 6 ayda Azərbaycanda 7 min 200-dən çox ailə dağılıb
2018-ci ilin altı ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb.
Modern.az
-ın məlumatına görə, qeyd olunan müddət ərzində boşanma hallarının sayı isə 7219 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, 2018-ci ilin beş ayı ərzində isə qeydiyyat şöbələri tərəfindən 22 489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23 044 olub ki, bu da 2018-ci illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.

“Legion”