Pentaqon anonim messenger yaradır
ABŞ Müdafiə Nazirliyi öz əməkdaşları üçün yeni anonim messengerin yaradılmasına start verib.
Modern.az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu messenger üçün ABŞ-ın İrəli Müdafiə Araşdırma Layihələri Agentliyi (DARPA) 44 milyon dollar ayırıb.
Bu yeni layihə üzərində işlərin 2019-cu ilin martında başlayacağı və 2023-cü ilə kimi tamamlanması gözlənilir.
Bu layihəyə “Hər kəs üçün möhkəm Anonim Əlaqə” (Resilient Anonymous Communication for Everyone) adı verilib.
Messengerdə  kriptoqrafik texnologiyadan istifadə ediləcək və hücumlara qarşı testlər keçiriləcək. Bununla da proqram daxilində əlaqə şifrələnəcək.
Ən əsas yenilik isə messengerin bir şəbəkə daxilində internet əlaqəsi olmadan belə fəaliyyət göstərə bilməsidir.

“Legion”