Mağazada planşet partladı: 3 yaralı
“Əpl” şirkətinin Hollandiyada yerləşən mağazasında planşet partlayıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Mağazadakı insanlar qısa müddətliyinə təxliyə edilib.
Hadisə ilə bağlı verilən məlumatlarda partlayışın “Aypəd”in batareyasındakı sızıntıdan əmələ gəldiyi bildirilib.

“Legion”