Puerto-Rikoda su pərisi tapıldı – Video

Puerto-Rikonun İzabella çayında su pərisi lentə alınıb.


Ölkə.Az xəbər verir ki, çayın dar kanallarının birində qayıqla üzən dostlar səfərlərini kameraya çəkiblər. Tuneldən çıxdıqdan sonra qayığın yanında, suyun altında insanabənzər bir canlı peyda olub. Bir neçə saniyə qayığın ardınca üzən çılpaq, qara saçlı insanabənzər məxluq görüntülərə düşüb.
Kamera Morales Derbinin əlində olub. Məxluq qayığa yaxınlaşanda kamera başqa tərəfi göstərir.
Məxluq nə balığa, nə su heyvanına, nə də başqa canlıya bənzəyir. Suda üzən insanabənzər məxluq su pərisnə bənzəyir.
Amma kadrda onun quyruğu görünmür, amma çiyni və saçları aydın görünür. Moralez çəkiliş vaxtı suda üzən məxluqu görməyib. Amma sonradan kadrlara baxanda dəhşətə gəlib.
Bir çox sosial şəbəkə istifadəçisi məxluqun çayın ruyu olduğunu, bəziləri isə ölmüş insanın kabusu olduğunu qeyd edib.

"Legion"