Baş nazirdən Xarici Kəşfiyat Xidməti ilə bağlı QƏRAR
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilib.
Modern.az
 xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarla Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiq edilir.
Xarici Kəşfiyyat Xidmətinə tapşırılır ki, Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etsin.
Bu qərarın icrası ilə bağlı maliyyələşdirmə məsələləri dövlət büdcəsində Xarici Kəşfiyyat Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

"Legion"