14 yaşlı qız evlənməkdən xilas edildi - Valideynlər və bəy həbs olundu + Video
Türkiyənin Diyarbəkir şəhərinin Yenişəhər qəsəbəsində 14 yaşlı qız B.S valideynləri tərəfindən 21 yaşlı A.Y ilə evləndirilməkdən son anda xilas edilib.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, polislər nigah salonuna daxil olaraq mərasimi dayandırıblar.
Bəy və qızın valideynləri saxlanılaraq polis bölməsinə aparılıblar.
B.S isə Ailə, Əmək və Sosial Xidmətlər nazirliyinin Diyarbəkir üzrə nümayəndəliyinə təhvil veriləcək və orada himayə ediləcək.

"Legion"