Adnan Oktara növbəti zərbə - 17 illik cinayət işini uduzdu - VİDEO
Adnan Oktar cinayət qrupuna qarşı həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslərə işgəncə etdiyi deyilən 11 şübhəli barəsində bəraət verilib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1999-cu ildə həyata keçirilən əməliyyat zamanı saxlanılan Oktar tərəfdarlarına qarşı işgəncə etdikləri iddia edilən və aralarında dövrün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Adil Serdar Saçanın da olduğu 11 şübhəliyə bəraət verilib.
Türkiyə Baş prokuroru Türker Volkan açıqlamasında məhkəmə prosesinin davametmə müddəti bitdiyi üçün bu qərara gəldiklərini vurğulayıb.
Özer Altunyuva barəsində isə, məhkəmədə “yalan şahidlik” etməsi maddəsiylə 4 ilə qədər həbs istənilib. Buna səbəb kimi onun Adil Serdar Saçan barəsində “yetərli dəlilləri yox etmə və ya gizlətmə” maddəsi ilə məhkəməyə yalnış ifadə verməsi göstərilib.
Xatırladaq ki, Adnan Oktar qrupuna qarşı 1999-cu ildə əməliyyat həyata keçirilib. Həmin vaxt Adnan Oktarın sağ əli Tarkan Yavaş da daxil olmaqla 27 tərəfdaşı nəzarətə alınıb. Adnan Oktarın digər tərəfdarları Adil Serdar Saçan başda olmaqla, səkkiz polis məmurunun onlara işgəncə verməsi səbəbiylə məhkəməyə müraciət edib. 2016-cı ildə isə iddianın uzun zaman davam etməsi və boş vaxt itkisi olması səbəbindən bəraət verilməsi tələb edilib.

"Legion"