Azyaşlı qıza cinsiyyət orqanını göstərən kişini linç etdilər
Ankarada Mamak vilayətində azyaşlı qıza cinsiyyət orqanını göstərən kişi məhəllə sakinləri tərəfindən saxlanılaraq polisə təslim edilib. 

BiG.AZ
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında mağazaya çörək almağa gedən qıza bir kişi cinsiyyət orqanını göstərərək təcavüz etmək istəyib. 

Azyaşlı evə qayıdaraq başına gələnləri ailəsinə danışıb. Ailə bina sakinləri ilə birlikdə həmin kişinin axtarışına başlayıblar. 


Bir müddət sonra ələ keçirilən kişi məhəllə sakinləri tərəfindən polislərə təhvil verilib. 

"Legion"