Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atdı: “Yalvardım, dedim anan yaşda qadınam” – VİDEO
Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.
Minval.info xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli mənzildə baş verib.
Məlumata görə, həmin binada kirayəşin olaraq yaşayan 27 yaşlı İlkin Vəlizadə evə təmizlik işi gördürmək üçün çağırdığı Zəminə Məmmədovaya təcavüz etmək istəyib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb. Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.
Hadisə ilə bağlı danışan qadın deyib ki, kömək istəsə də heç kim yardım etməyib:
 “Mən ünvana getdim, təmizliyə başlamaq istəyəndə bu mənə hücum çəkdi. Qaça bilmrdim. Qapını bağlamışdı. Mənə dedi ki, “Xoşluqla mənim ol, olmasa vuracam səni, özündən gedəcəksən. Heç xəbərin də olmayacaq. Üstəlik kirayədə qalıram, axırda da çıxıb gedəcəyəm”.
Mən ona yalvardım ki, az qala anan yaşında qadınam, burax məni gedim, heç kimə də şikayət etməyəcəyəm. Razı olmadı. Üstümə hücum çəkdi, onu itələdim, çarəm olmadığı üçün özümü pəncərədən atdım bayıra”.
Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

"Legion"